Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gələcək naminə  narkomaniyaya yox deyək!

27.02.2024

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar fevralın 27-də Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşlarının və Astara şəhər 5 saylı, R.Mirzəyev adına Şahağacı kənd 1 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Sağlam gələcək naminə  narkomaniyaya yox deyək! ” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Dövlət Himninin səslənirilməsi ilə başlayan tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici videoçarx nümayiş edilib.

Tədbirdə mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki,  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.

Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional, əməli-praktiki tədbirlər həyata keçirilmiş və narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamıdır.

Sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva cıxış edib.

Daha sonra şagirdlərinin mövzu ilə bağlı sualları cavablandırılıb.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qaleriyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxmış keçirblər.